Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verdi

  • Space TV
  • 20 Yanvar 2021 14:09

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.

Spacetv.az xəbər verir ki, qurum S.Əsədovun istefa xəbərini Oxu.Az-a təsdiq edib.

Bildirilib ki, keçmiş sədr bir neçə gün əvvəl vəzifəsindən istefa verib.

Onun vəzifəsi Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Sərviz Süleymanova həvalə edilib.

Paylaş

 Xəbəriniz olsun