Sumqayıt 70-il

  • SpaceTV
  • 19 Noyabr 2019 17:28

Tarixçilərin araşdırmaları göstərir ki, qədim dövrlərdə Sumqayıtın yerləşdiyi ərazidə yaşayan tayfalar olub.  Böyük Britaniyada nəşr olunan “The York Herald” qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki, Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur. İlk dəfə 1938-ci ildən başlayan tikinti işləri 11 il sonra nəticəsini verib. Sumqayıt Şəhər statusu qazandı. Bu gün Sumqayıtlılar öz şəhərlərinin yubileyini qeyd edir.

Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində misilsiz uğurlar qazanıb. Şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib. Elə bu inkişafa görə Prezident İlham Əliyev Sumqayıtın 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bayram tədbirləri bu sərəncama əsasən həyata keçirilir. Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, Almaniyanın, Ukraynanın, Çinin Sumqayıtla qardaşlaşmış şəhərlərinin nümayəndə heyətləri, veteranlar, ictimaiyyət nümayəndələri də yer almışdı.

Hərbi paraddan sonratədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam etdi.  

Bayram tədbirində Sumqayıt şəhərinin 15 fəxri vətəndaşından biri, Almaniyanın Lüdviqshafen şəhərindəki “Sumqayıtın Dostları” Cəmiyyətinin fəxri sədri   Volfqanq Lauyenştayn da iştirak edirdi.

 Tədbirdə yaşından asılı olmayaraq minlərlə Sumqayıt vətəndaşı iştirak etdi.

Sənayə şəhəri kimi tanınan Sumqayıtda yaşayıb, yaradan vətəndaşların sevinci hədsiz idi.

Tədbirdən sonra şəhər sakinləri və qonaqlar Nəsimi heykəlinin ətrafındakı meydanda Dövlət Sərhəd Xidmətinin maraqlı təqdimatları ilə tanış oldular.

Yubiley münasibəti ilə, axşam saatlarında möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun