Sumaq qan təzyiqi yuxarı olanlara daha çox xeyirlidir

  • SpaceTV
  • 17 Avqust 2019 13:21

Space.TV – yazır ki, yeməklərin dadına dad qatan sumaq mətbəximizin əsas ədviyyatlarından biri hesab olunur. Ağızlarının dadını bilənlər ət qutabı, lülə-kabab, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayırlar. 250-yə yaxın növü olan bu ədviyyat Quba rayonunda da yetişir.Yabanı şəkildə bitən sumaq kollarına daha çox rayonun Zərqava və Kələnov kəndlərinin ərazisində rast gəlmək mümkündür.

Digər ədviyyatlardan fərqli olaraq sumağı əkmək və ona qulluq etmək lazım gəlmir. Salxım şəklində olan meyvələr qızaranda, sumaq şəklinə düşəndən sonra avqust ayının sonu, sentyabrın əvvəllərində yığılır. Sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Quba rayonun Zərqava və Kələnov kənd sakinləri uzun illərdir yabanı halda yayılan bitkinin meyvələrini toplayaraq gəlir əldə edirlər. Amma onun toplanması elə də asan başa gəlmir.

Sumaq xörəklərə dad verməklə yanaşı, həm də dərman kimi də istifadə olunur. Tərkibi S və D vitaminləri ilə bol olan sumağın, hətta bir neçə xəstəliyin müalicəsində əvəzsiz rolu var.

Sumaq qan təzyiqi yuxarı olanlara daha çox xeyirlidir. Böyük zəhmətlə ərsəyə gələn sumağın hazırda bir kiloqramı 15-20 manata satılır.Yabanı sumaq bitkisinə ölkəmizdə Quba ilə yanaşı, Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.

     Emin Vaqifoğlu____Quba  

Paylaş

 Xəbəriniz olsun