Süleymaninin qətli Üçüncü Dünya Müharibəsi təlaşını artırdı: ABŞ-ın əsgərlik xidməti saytı çökdü

  • Space TV
  • 4 Yanvar 2020 16:14

ABŞ-ın əsgərlik xidməti saytı (Selective Service System) çöküb.

RİA-nın verdiyi xəbərə görə, bu barədə xidmətin “Twitter” hesabına məlumat verilib.

Bildirilib ki, iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə yayılan məlumatlar sayta müraciət edənlərin sayında dəfələrlə artıma səbəb olub.

Məlumata görə, xidmətə çağırılanların adları bu saytda yoxlanılır.

Gün ərzində sosial şəbəkə istifadəçiləri sayta bu mövzu ilə bağlı üç milyondan çox sorğu göndərib.

Bu səbəbdən saytın fəaliyyəti dayanıb.

Paylaş

 Xəbəriniz olsun