Süleymaninin öldürülməsi əmrini Tramp verib

  • Space TV
  • 3 Yanvar 2020 10:38

İran xüsusi təyinatlı qüvvələrinin başçısının öldürülməsində ABŞ Prezidenti Donald Trampın rolu olduğu bildirilir.

TASS-ın Pentaqona əsasən verdiyi xəbərə görə, Tramp Qasım Süleymaninin öldürülməsi barədə şəxsən əmr verib.

Bildirilir ki, D.Tramp Bağdadda yerləşən ABŞ səfirliyinə edilən silahlı hücum və yaxın günlərdə İraqda və Yaxın Şərqdəki digər ölkələrdə ABŞ diplomatlarına hücum planlaşdırılması məlumatına əsasən bu qərarı verib.

Pentaqon isə iranlı generalın öldürülməsini “müdafiə xarakterli addım” adlandırıb.­­­­

Paylaş

 Xəbəriniz olsun