Sudanda sel və daşqınlarda ölənlərin sayı 62 nəfərə çatıb

  • SpaceTV
  • 26 Avqust 2019 16:06

Sudan hökumətinin məlumatında bildirilir ki, bu ölkədə leysan yağışlarından sonra baş vermiş sel və daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Space TV SUNA agentliyinə istinadən xəbər verir ki,  Sudanın Federal Səhiyyə Nazirliyinin məlumatına görə, təbii fəlakət nəticəsində 98 nəfər yaralanıb, minlərlə insan öz ev-eşiklərindən didərgin düşüb, yüzlərlə kəndi su basıb. Həmçinin, ölkənin 18 ştatından 17-sində 35 min ev dağılıb.

Xəbərində bildirilir ki, leysan yağışları nəticəsində Nil çayının məcrasından çıxması ətraf rayonların suyun altında qalmasına səbəb olub.

Paylaş

 Xəbəriniz olsun