Sudan ucuz neft

  • Space TV
  • 22 Aprel 2020 10:39

ABŞ-ın Texas light markalı neftinin qiyməti heç su qiymətinə də satılmayıb. Bu neftin qiymətində ötən gün kəskin azalma müşahidə edilib.  Dünən axşam saatlarında Texas Light cəmi 1.38 dollara özünə alıcı tapa bilib. Lakin bir qədər vaxt keçdikdən sonra nəinki 1 dollar Texas lightın 1 barrelinə heç 0 dollar da verən olmayıb. Texas Lightın qiyməti tarixində ilk dəfə mənfiyə enib. Səbəb isə  koronavirus. Dünyanı öz əsirinə çevirən pandemiya nəticəsində ölkələr sərhədləri bağlayıb, müəssisələr işini dayandırıb ki, bu da neftə tələbin kəskin azalmasına səbəb olub.

ABŞ bu dəfə koronavirusa yoluxma halının çoxluğu ilə  birinci oldu. Ölkədə 600 000-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Ancaq bu birincilik deyəsən ABŞ-ı digər sahələrdəki birincilikləri əldən verməyə məcbur edir.

Ən böyük sərvətlərimizdən olan qara qızılımıza-yəni Azəri light markalı neftə gəlincə…

Qeyd edək ki Azərbaycana daxil olan valyutanın təxminən 81 faizi neft ixracı hesabına formalaşır.

Paylaş

 Xəbəriniz olsun