Subtropik meyvələr yetişdirilir

  • SpaceTV
  • 5 Sentyabr 2019 12:09

Qax sakini həyətində bölgəyə xas olmayan subtropik meyvələr yetişdirir. Artıq naringi, portağal və limondan məhsul götürən bağban gələcəkdə ananas və banan da yetişdirəcəyini söyləyir.

Qax rayonunun Qorağan kəndində yaşayan Süleyman Süleymanov uşaqlıqdan təbiətə olan marağını on ildir ki, hobbi olaraq davam etdirir. O,cənub bölgəsindən gətirdiyi subtropik meyvələrin tinglərini və toxumlarını həyətində əkib və əkdiyi meyvə ağaclarının da bəhrəsini görüb. Gül-çiçək aşiqi olan Süleyman kişi həyətinin bir hissəsini güllük əraziyə çevirib. O, həm də əldə etdiyi məhsuldan gəlir də əldə edir.

Kənd şəraitində dekorativ ağacları və subtropik meyvələri yetişdirməyin çətin olduğunu bildirir qəhrəmanımız. Ancaq o, bunu bacarıb və gələcəkdə bu sahəni daha da inkişaf etdirmək istəyir.

Təbiətin gözəlliklərindən sadəcə həzz almaq deyil, həmin bitkiləri yaşatmaq da lazımdır. Necə ki, Qax sakini Süleyman Süleymanov bunu edir.

İlkin Piranov Space – Qax

Paylaş

 Xəbəriniz olsun