Subsidiyalar veriləcək

  • SpaceTV
  • 19 Sentyabr 2019 13:06

Ölkəmzidə üzün illərdi ki, üzümçülülk  kənd təsərrüfatının aparıcı sahələrindən birini təşkil edib. İlbəil yeni üzüm bağları salınsa da bu sahədə lazım olan tinglər ölkəmizə idxal olunur. Xaricdən gətirilən tinglər məhsuldar olsa da onun bir çox mənfi tərəfləri də var.

Ölkəmizin bir sıra rayonlarında  üzüm sahələrinin artırılması məqsədi ilə tingçilik təsərrüfatları mövcudddur. Mütəxəssilərinin sözlərinə görə, sözügedən  müəssələrinin adı olsa da, əslində real istehsal həyata keçirə bilmirlər. Cəlilabadda uzun müddət mövcud olmuş belə təsərrüfatlardan biri fəaliyyətsiz olduğu üçün  ötən il ləğv edilib. Hazırda ökəmizə tinglərin əksər hissəsi İtaliya və Fransadan idxal olunur. Xaricdən calaq üzüm sortlarının gətirlməsi müəyyən baxımdan sərfəli olmasına baxmayaraq onun risqli tərəfləri də var.

Bundan başqa xaricdən yeni üzüm tinglərinin gətirlməsi yerli üzüm sortlarını da tədricən sırdan çıxarır. Buna nümünə olraq deyə bilərk ki, Sovetlər dönəmində Cəlilabadda olan üzüm sortlarının 70 faizini yerli üzüm sortu olan Həmşərə təşkil edib. Hazrda isə bu sorta rayonda barmaqla sayıla biləcək qədər rast gəlinir. Üzüm tinglərinin idxalı ƏDV-dən azad olunmasına baxmayaraq, onun 1 ədədi 3 manata başa gəlir. Bir hektar sahəyə 1650 ədədə tingin əkilməsi üçün hər bir hər fermer azı 5-6 min manatından keçməlidir. Halbuki, yerli istehsal olacağı təqdirdə bunun  bir neçə dəfə ucuz başa gəlməsi mükündür.

Artıq bu sahədə olan çəinliklər növbəti ildən etibarən tədricən aradan qaldırlacaq. Belə ki, qüvvəyə minəcək yeni subsidiya qaydalarında tingçiliyin inkişaf etdirilməsi ilə bağlı xüsusi müddəalar yer alıb. Dövlət dəstəyindən təkcə tingçiliklə məşğul olanlar deyil, həm də üzüm bağı salan fermerlər  yararlana biləcəklər. Belə ki, bu ildən etibarən  üzüm bağlarının salınmasına görə, hər hektar üçün fermerlərə  600 manat subsidiya verilməsi nəzərdə tutulub.

Təyyar Nəsirli Vüqar Qaliboğlu  Space Cəlilabad

Paylaş

 Xəbəriniz olsun