Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı, sonra uşaq arabası ilə birlikdə basdırdı

  • SpaceTV
  • 22 Sentyabr 2020 09:58

Ana şübhələrdən yayınmaq üçün əvvəlcə ölən körpəsini gəzdirib, sonra isə uşaq arabası ilə birlikdə məzarlıqda dəfn edib.

Dəhşətli hadisə Rusiyanın Serpuxov şəhərində yaşanıb.

Spacetv.az xəbər verir ki, REN TV hadisə günü ilə bağlı kadrları yayımlayıb. Videodan görünür ki, binadan əvvəlcə uşaq arabası ilə qadın, ardınca isə nənə çıxır. Onlar özlərini elə göstərirlər ki, guya  təmiz hava almaq üçün çıxıblar.

Bir müddət sonra qadın oğlunu uşaq arabası ilə bir yerdə basdırır.

Müstəntiqlər artıq uşağı qəbirdən çıxarıblar. Onun bədənində heç bir görünən zədə aşkarlanmayıb. Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.

Qadının sözlərinə görə, uşaq bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, körpə nənəsi ilə birlikdə çarpayıda yatıb, səhər isə uşağın nəfəs almadığını görüb.

Müstəntiqlər ananın həkim çağırıb uşağın həyatını xilas etməyə çalışmaq əvəzinə, birbaşa qəbiristanlığa yollanmasının səbəbini araşdırırlar.

Paylaş

 Xəbəriniz olsun