Su nasoslarını oğurlayan saxlanıldı

  • Space TV
  • 31 Avqust 2020 14:25

Cəlilabad rayonunda kənd təsərrüfatı sahələrini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayəti törədən şəxsin ifşa olunması istiqamətində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Spacetv.az-ın  xəbərinə görə,  Cəlilabad rayonunda müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən rayonun Uzuntəpə kənd sakini Rəvan Mirzəyev saxlanılıb. Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin qurğuları əsasən günün qaranlıq vaxtlarında oğurladığını və rayonun müxtəlif yerlərində satdığını etiraf edib.

Qeyd edək ki, oğurlanan su nasoslarının bir qismi Rəvan Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun