Su borusu partladı

  • SpaceTV
  • 22 Avqust 2019 15:39

Gecə saatlarında paytaxtın Nizami rayonunun Babək prospektindən keçən hissəsində içməli su borusu partlayıb. Gecə növbəmizin əməkdaşları hadisə yerində olublar…

Borunun partlaması nəticəsində su ətrafa axıb və yolu su basıb.  Əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub. Qəza ilə bağlı ərazidə Xətai rayon su kanal idarəsinin gecə briqadası tərəfindən su təhcizatı dayandırılıb və suyun xətdən boşaldılmasına başlanılıb. 

Daha sonra əraziyə texnika, digər lazım olan vasitələr gətirilib və, qəzanın qarşısı alınıb. Azərsudan verilən məlumata görə, həmin ərazidən ayrı-ayrılıqda 3 su borusu keçir. Bu xətlərdə yüksək təzyiqlə su axdığından dəqiq olaraq hansı borunun partlamasını müəyyənləşdirmək mümkün deyil. Səhimdar cəmiyətdən  bildirilib ki, bu suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Nurlan Priyev – Space  

Paylaş

 Xəbəriniz olsun