Ştutqartda yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçiriblər

  • Space TV
  • 29 Oktyabr 2020 16:25

Аlmaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində dinc aksiya keçiriblər.

Spacetv.az AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, Gəncə şəhərində mülki vətəndaşlarımıza qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilib.

Məqsəd bu hadisələrlə bağlı alman ictimaiyyətini daha yaxşı məlumatlandırmaq, digər dövlətlərin işğala və mülki şəxslərin bombalanmasına biganə qalmamağa, KİV-lərin bu hadisələri obyektiv işıqlandırmağa çağırmaq olub.

Paylaş

 Xəbəriniz olsun