Stokholm və Yöteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirildi

  • Space TV
  • 3 Noyabr 2020 11:16

İsveçin Stokholm və Yöteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib. İşğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz etmək istəyən azərbaycanlılar sosial media üzərindən təşkilatlanaraq, avtoyürüş keçiriblər.

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Yöteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib.

Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.

Paylaş

 Xəbəriniz olsun