Spirtli içki ölümə səbəb oldu

  • Space TV
  • 30 Dekabr 2019 11:04

Bakıda bir neçə şəxs spirtli içkidən zəhərləndi. Zəhərlənən şəxslərdən  biri ölüb. digər ikisinin isə vəziyyəti ağırdır.

İlkin ehtimallara görə zəhərlənməyə səbəb texniki spirtdən hazırlanan içkilər olub.

Bildirilib ki, içkidən zəhərlənənlərdən biri polis zabiti olub. Nərimanov rayon 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də  Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirildikdən bir qədər sonra  həyatını itirib. Dekabrın 24-də isə 24 yaşlı Mustafa Mustafayev də anoloji səbəbdən başqa bir restoranda zəhərlənərək həyatını itirib.

Digər zəhərlənənlərin isə vəziyyətləri ağır olaraq qalmaqdadır. Qeyd edək ki, sosial mediada  zərərçəkən digər şəxsin, Cəlal Həmzəyevin zəhərlənmə nəticəsində kor olması ilə bağlı xəbərlər yayılıb. Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdiki, kor olma faktı yoxdur.

Zəhərlənməyə səbəb olmuş   spirtli içkiləri  hadisə baş verən restoranın müdiri Füzuli Alıyevə və digər zəhərlənmə baş vermən restorana  Xəyal Cəfərov adlı şəxsin ucuz qiymətə satması müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki,  Binəqədi rayonunda  olan anbarda  bir çox növdən olan 10 min ədəddən artıq spirtli içkilərin boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunmuşdu. Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan  yüksək və insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.

Eksperlər bildirir ki, texniki spirtlərin tərkibində zərərli qarışıqlar olduğundan, ondan hazırlanan içkilərdən istifadə edilməsi qadağandır.

Həmçinin bildirildi ki, xammal və yardımçı malların, eyni zamanda alət və avadanlıqların keyfiyyətinə ciddi nəzarət olunmalı və uyğunluq sertifikatı əldə olunmalıdır.

Qeyd edək ki, bu il ərzində 100-ə yaxın spirtli içkidən zəhərlənmə faktı qeydə alınıb.

Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Özümüzü və yaxınlarımızı bu cür dələduzların, işbazların, əməllərindən qorumaq üçün son dərəcə ehtiyatlı olmalıyıq.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun