Speys TV-yə “kino çəkilişi adıyla toy” şoku – Açıqlama

  • Space TV
  • 23 Avqust 2020 13:24

Bu günlərdə bəzi media orqanlarında Speys TV-nin rəhbəri Vaqif Mustafayevin kanalın əməkdaşı Tamara Məmmədovanın bacısına kino çəkilişi adı ilə toy etməsi barədə xəbərlər yayılıb. Bu xəbər bizi ciddi şəkildə təəccübləndirdi.

Bu barədə Speys TV-dən verilən rəsmi açıqlamada bildirilib. Qeyd edilib ki, bu böhtan xarakterli məlumat təəssüf doğurur:

“Vaqif Mustafayevin birmövqeli şəxs olması hamıya məlumdur. Qeyd edək ki, belə böhtan xarakterli məlumatın yayılması ilk hal deyil və heç vaxt da bu məlumatlar özünü doğrultmayıb. Hazırdakı böhtan xarakterli xəbərlər Vaqif Mustafayevi ləkələmək üçün edilmiş növbəti cəhddir”.

Paylaş

 Xəbəriniz olsun