SPACE TV “tam məxfi” sənədləri yaydı – VİDEO

  • SpaceTV
  • 6 Dekabr 2019 13:47

   

SPACE TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişinin növbəti buraxılışında “tam məxfi” qrifli sənədlər açıqlanıb.

SPACE TV xəbər verir ki, verilişin qonağı olan keçmiş millət vəkili Cümşüd Nuriyev AXC-Musavat hakimiyyəti zamanı baş verən qanunsuzluqlardan, o cümlədən Prezident Aparatının hüquq şöbəsinin müdiri olmuş Əli Kərimlinin hazırladığı gizli sərəncamdan danışıb. Bu sərəncam nəticəsində Azərbaycanda ciddi xaos yaranıb və ölkədən milyonlarla dollar pul çıxarılıb.

Qonaq Müdafiə Nazirliyinin yüksək məmurlarının himayəsində olan qadınların cəbhə bölgəsindəki əməllərindən də bəhs edib.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 22:00-da yayımlanacaq.

Paylaş

 Xəbəriniz olsun