SPACE TV-nin əməkdaşı cəbhəyə yola düşdü – FOTO/VİDEO

  • SpaceTV
  • 1 Oktyabr 2020 13:23

Vətən səni səsləyir, Azərbaycan əsəgəri.

Bilsin ana torpaq, eşitsin vətən!

Müsəlləh əsgərəm mən də bu gündən!

Bu gün “Space” televiziyası daha bir əməkdaşını döyüş bölgəsinə yola saldı.

Bu gün  Azərbaycan əsgəri şanlı tarix yazır. İllərdir ki, işğal altında olan torpaqlarımızın müdafiəsinə indi yüz minlərlə azərbaycanlı  gedir. Hər kəsin bir arzusu, bir şüarı var: İrəli Azərbaycan əsgəri!

Torpaq uğrunda ölən varsa vətəndir! Azərbaycanın qeyrətli, mərd  oğulları Xocalıda, Laçında Şuşada mənfur düşmənlərimizin əliyalın xalqımıza qarşı törətdiyi qanlı faciələrin qisasını almaq üçün bu gün birlikdədir, döyüş meydanındadır. Space Televiziyası artıq ikinci əməkdaşını vətənin müdafiəsi üçün bu gün  döyüş bölgəsinə  yola saldı.

“Hər Gün” Xəbərlər Xidmətinin əməkdaşı Orxan Qurbanov bu gün vətənə olan borcunu, doğulduğu Füzuli rayonunun, Ağdamın, Şuşanın Kəlbəcərin  müdafiəsi üçün ön cəbhədə döyüşən ordu sıralarına qatılır

İndi ümid sənədir Azərbaycan əsgəri. Tezliklə qələbə sevincini bizə yaşadın!Allaha əmanət olun əsgər qardaşlarımız!

Paylaş

 Xəbəriniz olsun