SPACE TV – nin böyük uğuru: Yardım topladığımız xəstənin üzərində dünyada nadir əməliyyat icra olundu – VİDEO

  • SpaceTV
  • 5 Dekabr 2019 11:07

Azərbaycanda dünyada ilk dəfə nadir əməliyyat icra olunub. 5 yaşlı uşaq üzərində 13 saat müddətində 2 mürəkkəb əməliyyat-koronar bay-pass və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Azyaşlının donoru isə əmisi olub.

Nadir əməliyyatı Mərkəzi Gömrük Hospitalının həkimləri-ürək-damar cərrahı Rəşad Mahmudov və cərrah-transpantoloq Mircəlal Kazımi həyata keçirib.

Müayinələr nəticəsində 5 yaşlı uşaqda hiperlipidemiya olduğu aşkarlanıb. Hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və nəticədə xəstələrin qanında zərərli lipidlərin ,xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir.Damar divarlarında əmələ gələn kirəcləşmə ,yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək problemləri  yaranır.

Qeyd edək ki Space televiziyası balaca Qüdrətin  vəziyyəti ilə bağlı bu yaxınlarda reportaj yayımlamışdı.  Ailə azyaşlının müalicəsi üçün tamaşaçılarımızdan kömək istəyirdi. Məhz bu reportajdan sonra  xeyirsevər insanlar səsimizə səs verdi, balacanın köməyinə tələsdilər. Nəticədə azyaşlının əməliyyatı üçün tələb olunan məbləğ toplandı.Buna görə mərhəmətli tamaşaçılarımıza minnətdarlığımızı bildiririk.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun