Space TV dəyərli əməkdaşını itirdi — FOTO

  • SpaceTV
  • 8 Avqust 2020 16:41

 Space Televiziyasının əməkdaşı Zaur Xankişiyev  dünyasını dəyişib. O, bir müddət idi ki, paytaxtdakı pandemiya xəstəxanalarından birində koronavirusdan müalicə alırdı. Amma çox təəssüf ki, Z.Xankişiyev dəhşətli xəstəliyə məğlub oldu. Həkimlərin bütün səylərinə baxmayaraq Xankişiyev bu gün günorta saatlarında gözlərini əbədi yumub.

 Qeyd edək ki, Z.Xankişiyev uzun illər idi “Space” TV-nin Təchizat və Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində çalışırdı. Allah rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun