Space TV çəkib göstərdi, dövlət qurumu ölçü götürdü – VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 11:20

Artıq ilə yaxındır sakinlərin kabusuna çevrilən tikinti meydançasında işlərə nəhayət son qoyuldu. Space TV-nin məlumatına görə, Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində qeyri-qanuni tikintisi aparılan hündürmərtəbəli binanın üzərində tikinti normativləri pozularaq tikilmiş hissənin sökülməsinə qərar verilib.

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tikintini icra edən ARKA İNŞAAT-ın rəhbəri Asif Əsadullayevə son xəbərdarlıq edərək tikintinin sökülməsinə yaxın günlərdə başlanılacağını bildiriblər.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirdi ki, sözügedən inşaat şirkətinin qeyri-qanuni tikinti aparması müəyyən edildikdən sonra şirkət rəhbərinə 1 il ərzində sənədlərini qaydaya salmaq və bu müddətdə heç bir tikinti aparmamaq xəbərdarlığı edilmişdi.

Bina sakinləri də tikintinin dayandırılmasının vaxtında atılan bir addım olduğunu dedilər. FHN-dən verilən məlumata görə, tikintinin sökülməsi yaxın günlərdə həyata keçiriləcək.

          Qeyd edək ki, qeyri-qanuni tikili ilə bağlı Space TV bu günlərdə süjet yayımlamışdı.

Paylaş

 Xəbəriniz olsun