Space TV ailəsinin böyük itkisi – VİDEO

  • SpaceTV
  • 10 Avqust 2020 12:52

Koronavirus  Space ailəsinin də qapısını döydü. İnsanlıq adına şərəf gətirən, kübarlığı, mədəniyyəti, abır-həyası ilə yaxşının, yaxşılığın abidəsini varlığında yaşadan bir əməkdaşımızı vaxtsız aldı, apardı. Baxmayraq ki , 19 gündən artıq xəstə yatdığı bir müddətdə heç kim onun, o gözəl insanın -Zaur Xankişiyevin bu sınaqda, bu imtahanda məğlub olacağını ağlına belə tirmirdi. Hər kəs, rəhbərlikdən tutmuş xadiməyə qədər hamı onun sağalıb işə dönəcəyi günə ümidli idi.

Bütün ayrılqılar ağırdır, bütün ölümlər dəhşətlidir. Ən zülümlüsü,  ən betəri, dözülməzi isə bilirisiz nədir?   Yaxşıların bu dünyadan vaxtsız köçməsi, vidasız ayrılmasıdır. Zaur müəllim də vədəsiz və qəfil gedişi ilə onu tanyanların qəlbini göynətdi, sızlatdı. Həm də bir hikməti təzələdi. Dünyanın keçəri, butun yaradılmışların gec-tez ölümlə görüşəcəyi hikmətini. Bax,bu imtahandan alınıaçıq çıxdın Zaur müəllim. Ruhun şad olsun.

Paylaş

 Xəbəriniz olsun