Söyüşə görə əmisi oğlunu bıçaqladı

  • Space TV
  • 11 Yanvar 2020 11:35

Goranboy rayonunda qohumunu bıçaqlayanın şəxsiyyəti məlum olub.

SPACE TV bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1995-ci il təvəllüdlü Qafar Hüseynzadə Koroğlu oğludur. Mübahisənin söyüş üstə yarandığı bildirilir.

Qeyd edək ki, Goranboy rayon Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan İsmayilov 2 bıçaq yarası ilə Goranboy rayon Mərkəzi Xstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun