Söyüd ağaclarını kəsdiyinə görə cəzalandırıldı

  • SpaceTV
  • 16 Noyabr 2019 15:40

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində altı söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edillib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.

Paylaş

 Xəbəriniz olsun