Soylu: “Yunanıstan günahsız insanları ölümə sürükləyir”

  • Space TV
  • 7 Yanvar 2021 16:04

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu qanunsuz miqrantların Yunanıstan Sahil Mühafizə gəmisi tərəfindən Türkiyə ərazi sularına qovulduqlarını əks etdirən video paylaşıb.

Türkiyəli nazirin “Twitter” hesabından paylaşılan videodan görünür ki, mühacir gəmisi batma təhlükəsi ilə üzləşir. Mühacirlər Türkiyə Sahil Mühafizəsi tərəfindən xilas edilir.

Miqrantlardan biri deyib ki, üç saat qayıqda qalıblar və Yunanıstana çatıblar:

“Bir qayıq gördük. Gördüyümüz gəmi Türkiyə qayığı deyildi, Yunanıstan qayığı idi və kömək edəcəklərini düşünərək yardım istədik. Gəldilər, motorumuzu aldılar, sonra geri dönməyimizi dedilər. Türkiyə Sahil Təhlükəsizlik qüvvələri gəlib bizi xilas edənə qədər bizi izlədilər”.

Nazir Soylu qeyd edib ki, Yunanıstan günahsız insanları ölümə sürükləyir, Avropa da bunu müşahidə edir. Türkiyə Sahil Mühafizə Qüvvələri canlarını qurtarır.

O bildirib ki, hər gün baş verən bu qeyri-insani davranışa səsini çıxarmayan “Frontex”i və Avropa Parlamentini şiddətlə qınayırıq.

https://twitter.com/suleymansoylu/status/1347088752120893441?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1347090866452779015%7Ctwgr%5E%7Ctwcon%5Es2_&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F455674
Paylaş

 Xəbəriniz olsun