Soyğunçuluq

  • SpaceTV
  • 5 Dekabr 2019 14:51

Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini azyaşlı oğluna qarşı 2 nəfər naməlum şəxs tərəfindən bıçaqla zor tətbiq edilməklə onun mobil telefonunu alıb soyğunçuluq edildiyini bildirib. Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən əməliyyat tədbirləri ilə azyaşlıya qarşı soyğunçuluq edən şəxslərin Mingəçevir şəhər sakini 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini 21 yaşlı Samir İsgəndərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı məlum olub ki, Samir İsgəndərov sosial şəbəkədə tanış olduğu dostu Azər Salahovun Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlib. Daha sonra Gəncəyə qayıtmaq üçün yol pulu tapmayan dostlar çirkin əmələ əl atıblar. Zəng eləmək üçün azyaşlıdan mobil telefon istəyən həmin şəxslər daha sonra bıçaqla ona hədə-qorxu gələrək telefonu qaytarmayacaqlarını bildirib, hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan şəxslərdən hadisə zamanı istifadə etdikləri bıçaq və mobil telefon satdıqları yerdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun