Şotlandiyada sərnişin qatarı relsdən çıxdı: Ölən və yaralananlar var

  • SpaceTV
  • 12 Avqust 2020 17:44

Şotlandiyanın Stounheven şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Spacetv.az 360 TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb.

Sosial şəbəkələrdə çox sayda yaralının olduğu bildirilir.

Yaralıların sayı barədə dəqiq məlumat verilmir.

Hadisə yerinə 30-dan çox tibbi yardım maşını və xilasedicilər cəlb edilib.

Paylaş

 Xəbəriniz olsun