Şotlandiyada dağ inəyi qatarların hərəkətini dayandırdı

  • Space TV
  • 15 Yanvar 2020 11:36

Şotlandiyada “Haylend” cinsli dağ inəyi dəmir yolu xətlərinə çıxaraq qatarların hərəkətini dayandırıb.

“Sky News” xəbər verir ki, hadisə Qlazqo şəhəri yaxınlığında baş verib.

Nəticədə qatarların hər iki istiqamətdə hərəkətində fasilə yaranıb.

Dəmir yolu işçiləri heyvanı bir vedrə yemək ilə xətlərdən kənarlaşdıra biliblər. İnəyin yaxınlıqdakı qoruqdan qaçdığı bildirilir.

“Haylend” cinsli inəklər 19-cu əsrdə Şotlandiyada yetişdirilib. Onun qalın yunu heyvanı bərk şaxtalara dözümlü edir.

Paylaş

 Xəbəriniz olsun