Sosial şəbəkələrin rolu

  • SpaceTV
  • 7 Noyabr 2019 18:18

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı,Təhsil Nazirliyi və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20 nömrəli məktəb-liseyində ilk dəfə yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri və bu formatda ilk dəfə  keçirilən interaktiv seminarda rayonun iyirmi altı məktəb və liseyinin 600-dən artıq şagirdi iştirak edib. öncə sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri,müsbət və mənfi təsirlərini əks etdirən video-çarx nümayiş olunub.Tədbiri 20 nömrəli məktəb-liseyin  direktoru Səadət Veysova açaraq  , belə mühim maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb.DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.Sonra DTX-nın Heydər Əliyev adına Akademiyasının rəisinin 1-ci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya –kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı yeni təhlükələrdə gətirir.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun