Sosial şəbəkələrdəki “Gizlilik”

  • SpaceTV
  • 14 Noyabr 2019 18:33

İnternet indi  təkcə nəsə axtarmaq üçün istifadə edilmir. Burada insanlar sosial şəbəkələrdə özlərindən bəhs edə, olduqları yeri işarələyə, fotoşəkil , hətta şəxsi məlumatlarını da paylaşa bilərlər və elə paylaşırlar da. Kimisi hər kəs üçün, kimisi də yalnız dostları üçün. Bu onların sosial şəbəkələrdə seçdiyi təhlükəsizlik qaydalarından asılıdır. Lakin kifayət qədər təcrübəli hackerlər tərəfindən bu təhlükəsizlik qaydaları qeyri-qanuni şəkildə pozulur.Son günlər də ölkə gündəmini belə hackerlər tərəfindən yaradılmış bir proqram zəbt edib. Proqram instagram üçün nəzərdə tutulub. Böyük marağa və mübahisələrə səbəb olan adını çəkmədiyimiz bu mobil tətbiqetmə vasitəsi ilə instagramda gizli olan hesablardakı paylaşımları da asanlıqla görmək mümkündür. Bunun üçün sadəcə sözügedən tətbiqetməni yükləməzyiniz kifayətdir. Bir neçə gün öncə bunun mümkünlüyünü belə təsəsvvür etmək çətin idi. Büdcəsi milyonlarla ölçülən bu şəbəkənin təhlükəsizliyi sən demə yetərincə güclü deyilmiş. Mütəxəssislər bildirir ki, bu tətbiqetmə hələ yeni olduğundan ondan qorunmaq üçün xüsusi yol yoxdur. Lakin bu istiqamətdə mütəxəssislər tərəfindən işlər aparılır.

Mütəxəssislər bildirir ki, xüsusi vasitələr tapılana qədər istifadəçilər hesablarındakı paylaşımları arxivləşdirə ya da müəyyən müddətlik hesablarını dondurmaq yolu ilə hər hansı müdaxilədən qoruna bilərlər.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun