Sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon
sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi
ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa
yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək
ifadələr səsləndirib.
Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir
Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək
saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və
etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
İlkin Piranov SPACE TV