Sosial şəbəkələrdə yayılan videodan sonra sükan sahibinin izinə düşən yol polisləri qısa azmanda həmin sürücünü aşkarlamağa müvəffəq olublar

  • Space TV
  • 22 Aprel 2020 14:42

Görüntülər Gəncədə qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik edən və etdiyi hərəkətləri sosial şəbəkələrdə yayan şəxsin Kələbəcər rayon sakini Malik Mamedov olması müəyyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, sürücünün sükan arxasına oturması üçün hüququ olmayıb.

 “ZAZ 968” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Malik Mamedov 15 gün müddətə həbs edilib.

Yol polisləri bir daha sürücülərə xəbərdarlıq edərək sükan arxasında intizmalı olmağa çağırıb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun