Sosial şəbəkələrdə vergi – VİDEO

  • Space TV
  • 15 May 2020 10:59

Rəsmi olaraq işsizlik və digər meyarlara görə həmin şəxslərin bu hüququndan istifadə etməsində qeyri-adi heç nə yoxdur. Sadəcə, qəbul edilməyən, bu şəxslərin 190 manata ehtiyacı olmadıqları halda onu əldə etmələridir. Halbuki həmin 190 manat həqiqi həqiqi ehtiyacı olan şəxsə çata  bilərdi.  Milli Məclisin üzvü Fazil Mustafa bildirdi ki, əgər tələb olunan meyarlara uyğun gəlirsə həmin məbləği əldə etmək vətəndaşın hüququdur. Lakin…

Millət vəkili həmçinin qeyd etdi ki, əgər belə hallar təkrarlanarsa o zaman hüquq bu məsələyə müdaxilə edəcək.  Bu isə yenidən sosial şəbəkələrdə pul qazanıb,  lakin bunun müqabilində vergi ödəməyən şəxslərin məsələsini gündəmə gətirdi.  Ekspertlər bildirir ki, sosial şəbəkələrdə müəyyən xidmətlərlə pul qazanan şəxslər özləri vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidirlər. Lakin bu xidməti göstərənlərin əksəriyyəti evdə oturaraq pul qazanırlar ki, aparılan bu əməliyyatı da vergi orqanları görmür.

Bununla yanaşı bu xidmətləri qanunvericiliyin tələblərinə uyğun qaydada icra edənlər də var.

Ekspertlər həmçinin bildirir ki, Bu sahədə yaranan problemlər təkcə ölkəmizdə yox dünyanın başqa yerlərində də özünü göstərir.

Paylaş

 Xəbəriniz olsun