Bakıda iş adamının intiharının şok təfərrüatı: Biləklərində təzə kəsiklər… – YENİLƏNİB

  • Space TV
  • 17 Noyabr 2020 17:13

15 noyabrda Bakının Nəsimi rayonunda iş adamı Ramin Əliyevin (1984-cü il təvəllüdlü) intihar etməsinin bəzi təfərrüatı məlum olub.

Qeyd edək ki, R.Əliyev Mehbalı Zeynalabdıyev küçəsi, 8 saylı binanın qarşısındakı həyətdə avtomobilinin baqajından ov tüfəngini götürərək, başına atəş açıb.

R.Əliyevin cəsədi saat 16:00 radələrində tapılıb.

Rayon prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən əldə edilən məlumata görə, iş adamının biləklərində təzə kəsiklər tapılıb ki, bu da R.Əliyevin ən azı daha bir dəfə intihara cəhd etdiyini göstərir.

Həmçinin, məlum olub ki, R.Əliyevin qayınatasına məxsus böyük tikinti şirkətində yüksək vəzifə tutub.

Qeyd edək ki, bu tikinti şirkəti “İnşaatçılar” metrostansiyasının yaxınlığında bir sıra yaşayış binaları ucaldıb.

Mərhumu intihara sövq edən səbəb hələlik məlum deyil.

Dindirmə zamanı R.Əliyevin yaxınları və dostları onun son vaxtlar qəribə davrandığını, rəftarında nəzərəçarpacaq dərəcədə narahatlıq müşahidə edildiyini söyləyiblər.

Bəzi məlumatlara görə, intihar Əliyevlər ailəsində yaranan münaqişənin nəticəsidir.

Hüquq-mühafizə orqanları isə bildirib ki, bu versiya araşdırılır, lakin hələ təsdiqini tapmayıb.

14:08

Sosial şəbəkələrdə yayılan fotodakı meyitin kimliyi məlum olub.

Spacetv.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs noyabrın 15-i saat 16 radələrində Nəsimi rayonu ərazisində intihar edib.

Spacetv.az xəbər verir ki, bununla bağlı “Report” noyabrın 16-da məlumat da yayıb.

Belə ki, Əliyev Ramin Alməmməd oğlu kirayə yaşadığı binanın qarşısında özünə məxsus odlu silahla atəş açaraq özünü baş nahiyəsindən vuraraq öldürüb.

Foto binanın pəncərəsində sakinlər tərəfindən hadisə olan gün. yəni, noyabrın 15-də çəkilib. R.Əliyev 10-AA-317 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin arxa hissəsində qan içərisində yerə uzanıb. Meyitin yanında isə onun intihar etdiyi odlu silah var.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 Əliyev Ramin
Paylaş

 Xəbəriniz olsun