Sorğunun nəticələri açıqlandı: İdman zalı məşqçiləri insanlara dopinq təklif edir

  • SpaceTV
  • 24 Sentyabr 2020 11:31

60 faiz dopinqdən istifadə idman zalı məşqçiləri tərəfindən sövq edilib.

Bu gün Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) stereoidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransı keçirib.

Spacetv.az xəbər verir ki, dopinqdən istifadəyə sövq edənlər arasında fitness zallarının məşqçiləri də var.

Bunlar 60 faiz təşkil edir.

28 faiz sosial media reklamları insanları dopinqə sövq edir. 12 faiz dopinqdən istifadə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində formalaşır.

Bu, AMADA tərəfindən aparılan sosioloji sorğunun nəticəsində üzə çıxıb. Dopinqdən istifadəyə meyilli olanların 52 faizinin 19-28 yaş aralığındakı insanlar olduğu müəyyənləşib.

Paylaş

 Xəbəriniz olsun