Sorğuların qəbulu dayandırılıb

  • SpaceTV
  • 16 Sentyabr 2019 12:04

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb.

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46 mindən çox müraciət daxil olub.  Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi bu ilin avqustun 15-dən Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilirdi.

Paylaş

 Xəbəriniz olsun