“Sony” 1,2 milyard dollara animasiya şirkəti alır

  • Space TV
  • 10 Dekabr 2020 16:02

Yaponiyanın aparıcı elektrik malları istehsalçısı “Sony” şirkəti ABŞ-ın “AT & T” şirkətinin törəməsi olan animasiya şirkəti – “Crunchyroll”u 1,175 milyard ABŞ dollarına alır.

Spacetv.az  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, razılaşma “Sony”nin törəməsi “Sony Pictures Entertainment”ə “Crunchyroll”un dünyanın 200-dən çox ölkəsində olan 3 milyon ödənişli abunəçisi ilə əlaqə yaratmağa imkan verəcək. Bununla da “Sony” “Netflix” kimi qlobal əyləncə nəhəngləri ilə mübarizə apara biləcək.

Paylaş

 Xəbəriniz olsun