Son yay günləri

  • SpaceTV
  • 5 Sentyabr 2019 12:25

Hər yay fəslində Vətənimizin bu gözəl guşəsinə on minlərlə turist gəlir. Azərbaycanın və onun təbiətinin şöhrəti  ildən-ilə daha da artdıqca dünyanın müxtəlif ölkələrindən gələn qonaqların da sayı artır. Göy göldə də bu mənzərənin şahidi olmaq mümkündür. Özü də qonaqların əksəriyyəti  əsasən ailəvi  gələnlərdir.

Azərbaycanın ayrı-ayrı bölgələrindən Göy gölü ziyarət etməyə gələnlərin də təəssüratları böyükdür.

Əlbəttə, yay aylarında istisindən qaçaraq, sərin havalı Göy gölə daha çox insan üz tutur. Belə vaxtlarda ziyarətçiləri sayı bəzən gündə min nəfəri keçir.  Ümumən isə yay fəslində ayda Göy gölə orta hesabla 10-12 min (on-on iki min) nəfər turist gəlir. Burada təbiətin qoynunda dincəlmək üçün hər cür şərait var. İctimai iaşə obyektləri, mehmanxanalar turizmi həvəskarlarının ixtiyarındadır, eyni zamanda, Göy gölün kiçik qardaşları sayılan Maralgölə də buradan xüsusi avtobus işləyir. Göy göl Milli Parkının unukal təbiətinin lazımi şəkildə qorunması üçün də hər cür tədbirlər görülüb.

Onu da əlavə edək ki, bu il Toğanadan Göygölədək yol yenidən təmir edilib və bu da yerli turizmə müsbət təsirini göstərir.

Zakir Muradov – Göy göl – Space

Paylaş

 Xəbəriniz olsun