Son illərdə inkişaf dövrünü yaşayan baramaçılıqda daha bir yenilik yaşanıb.

  • Space TV
  • 5 Mart 2020 13:33

Ölkəmizə növbəti illərdə xaricdən ipəkqurdu toxumu gətirilməyəcək. Çünki  toxum ölkəmizdə istehsal olunacaq.

Qax Damazlıq İpəkçilik Stansiyasında ötən ildən etibarən tut ipəkqurdu cins və hibridlərinin ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun yerli istehsal hesabına təmin etməkdir.

Qeyd edək ki, ölkəmizdə ötən il 146 kiloqram ipəkqurdu toxumu istehsal olunub. Hazırlanan toxum builki mövsümdə kümçülərə paylanılacaq.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun