Son illər şimal bölgəsində gilas bağlarının sayı artır.

  • Space TV
  • 25 İyun 2020 14:22

Quba ilə yanaşı Xaçmazda da bu meyvənin becərilməsinə  daha çox üstünlük verilir. Əsasən gilasın “Burlat”, “Romanovka”,“Regina”,Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon”, “Ağ gilas” və başqa növləri yetişdirilir.Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını artıq başa çatdırıblar.İndi isə digər növlərin yığımı gedir.Yığım prosesi meyvələrin yetişmə ardıcıllığına uyğun aparılır.

Təsərrüfatçılar bildirir ki, yeni gilas sortları əkildikdən 4-sonra məhsula düşür ki,bu da bağbanları daha tez gəlir əldə etməsinə imkan verir.

Toplanan məhsul ilk öncə xüsusi taralara qablaşdırılır və logistik bazalara daşınaraq yuyulur.Soyutma otağında məhsulun temperaturu aşağı salınır daha sonra növbəti presudurlar həyata keçirilir.

Hazırda ölkəmizdə karantin rejimi tətbiq olunsa da kənd təsərrüfatı məhsullarının ixracında heç bir çətinlik yaşanmır.Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 200-250- yük nəqliyyat vasitəsinin keçidi təmin olunur.Qeyd edək ki,ötən il Rusiya bazarına 45-milyon ABŞ dolları dəyərində 26.5-min ton gilas ixrac olunub.Bu il isə mövsümün əvvəli olmasına baxmayaraq hazırda 5.4-milyon ABŞ dolları dəyərində 3.5-min ton gilas ixrac olunub.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun