Son illər ölkəmizdə yağıntıların normadan artıq az düşməsi dağ çaylarında olduğu kimi, Kür çayına da ciddi təsir göstərib

  • Space TV
  • 9 Fevral 2020 09:18

Dünyada baş verən qlobal iqlim dəyişikliyi ölkəmizdən də yan keçməyib. Belə ki, son illər istər payız, istərsə də qış aylarında ölkəmizə normal yağıntılar düşmyib. Normal yağıntıların düşməməsi həyatımızın bütün sahələrinə, xüsusi ilə dağ və Kür-Araz  çaylarına da ciddi təsir göstərib.

Ən çox təhlükəli vəziyyət Azərbaycanın arteriyası hesab olunan Kür çayında müşahidə olunur. Demək olar ki, ilbəil Kür çayında suyun səviyyəsi azalmağa doğru gedir.  

Mütəxəssislər hesab edirlər ki, su ehtiyatlarının az olduğu durumda ilk növbədə israfçılığın qarşısı alınmalı, suya qənaət olunmalıdır. Ən əsası isə aidiyyati qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yoxsa, gələcəkdə Kür çayı quruya bilər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun