Son illər Kür çayında balıqların nəslinin tükənmək təhlükəsi yaranıb

  • Space TV
  • 30 Yanvar 2020 12:58

Salyan həmişə balığı ilə tanınıb. Bazarlarda Qızıl balıq, ağ balıq, nərə, xəşəm, şirbit, çəki və sair müxtəlif adda balıqlara rast gəlmək mümkün idi. Çünki ötən əsrin70-ci illərinə kimi rayon ərazisindən keçən Kür çayında balıq bol olub. İnsanlar da daha çox  balıq və balıq məhsullarından istifadə ediblər.

Bazarlarda piştaxtalar üzərində isəhər çeşiddə balıq olub. Bu üzdən salyanlılar heç vaxt balıq sarıdan korluq çəkməyib. Lakin son illər Kür çayında balıqlar azalmağa başlayıb. Daha doğrusu, çayda  balıqların nəslinin tükənmək təhlükəsi yaranıb.

Mütəxəssislərin fikrincə, Kür çayında su nəqliyyat vasitələri hərəkət etmədiyindən deltada lil qatları çoxalıb. Lil qatları çoxaldığından balıqlar kürüləmə dövründə çaya girə bilmir. Bu da balıqların nəslinin azalmasına gətirib çıxarir. Əgər Kür çayında balıqların artırılması istiqamətində tədbirlər həyata keçirilməzsə gələcəkdə vəziyyət kritik həddə çata bilər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun