Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edildi

  • SpaceTV
  • 9 Aprel 2020 13:36

Xüsusi karantin rejimi dövründə evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə sosial xidmətlərlə yanaşı, ehtiyacı olanlara ərzaq yardımları da edilir.

Bu məqsədlə bir sıra qurumlar və şirkətlər tərəfindən ümumilikdə13 minədək tənha yaşlıya ərzaq yardımı edildi. Hazırda da bu proses davam etdirilir.

Ərzaq yardımlarının verilməsi respublikanın bütün bölgələrini əhatə edir.

Paylaş

 Xəbəriniz olsun