Son dövrlərdə Kürdə suyun səviyyəsi azalaraq kritiq həddə çatıb.

  • Space TV
  • 14 Aprel 2020 14:48

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi daha çox Salyan rayonunun ərazisindən keçən hissəsində müşahidə olunur. Son iki ayda çayda suyun səviyyəsi 2,5 metrdən çox aşağı düşüb. Belə bir vəziyyətdə filtrasiya sularının Kür çayına axması nəticəsində qaya uçqunları baş verir. Xüsusi ilə sərt döngələrdə məsafə azaldıqca bu da mühafizə bəndlər üçün ciddi təhlükə yaradır. Qaya uçqunlarının qarşısını almaq və bəndlərdə yaranmış mövcud təhlükəni aradan qaldırmaq üçün  rayonun Aşağ və Yuxarı Noxudlu kəndlərindləri ərazisində daş betonlarla sahilbərkitmə işlərinə başlanılıb.  

On gündən artıqdır ki, başlanan sahilbərkitmə işlərinə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Qısa müddətdə 280 paqonometr məsafədə daş betonla sahilbərkitmə işləri aparılıb.

Qeyd edək ki, bul il Kür çayı boyunca 1519 paqonometr məsafədə daş betonla sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulub. Bu isə Salyan da daxil olmaqla, Neftçala, Sabirabad və Zərdab rayonlarındakı ən təhlükəli əraziləri əhatə edəcək.

Təyyar Nəsirli SPACE TV  

Paylaş

 Xəbəriniz olsun