Türkiyədə daha bir tanınmış professor koronavirus səbəbindən dünyasını dəyişib.
SPACE TV xəbər verir ki, professor Feriha Öz koronavirus səbəbindən 87 yaşında vəfat edib. Bu barədə məlumatı onun əvvəllər çalışdığı İstanbul Universiteti Tibb fakültəsi dekanı professor Sait Gönən özünün sosial media hesabından paylaşıb.
Qeyd edək ki, dünən də İstanbul Universitetinin başqa bir professoru Cəmil Taşçıoğlu müalicə aldığı xəxtəxanada koronavirusdan ölmüşdü.