SON DƏQİQƏ! – Türkiyədən aviazərbələr: Əsədin iki generalı məhv edildi

  • Space TV
  • 29 Fevral 2020 12:34

Türkiyə Silahlı Qüvvələri hərbçilərinin atəşə tutulmasına cavab olaraq İdlibdə Suriya ordusunun mövqelərinə zərbələri bərpa edib.

SPACE TV  xəbər verir ki, Suriya ordusu vacib itkilər verib.

Qeyd olunur ki, Türkiyə Milli Müdafiə Nazirliyi daha bir türk hərbçisinin həlak olması və iki nəfərin yaralandığını söyleyib.

Türkiyənin pilotsuz uçan aparatlarının (PUA) aviazərbələri nəticəsində isə Bəşər Əsədə yaxınlığı ilə seçilən general Burxan Rəhman öldürülüb.

Aviazərbələr nəticəsində öldürülənlər arasında daha bir general-İsmayıl Əli və polkovnik Mazen Fervati də yer alıb.

Paylaş

 Xəbəriniz olsun