SON DƏQİQƏ: Türkiyədə avtobusa raket atdılar, yaralılar var

  • Space TV
  • 2 Mart 2020 12:15


Türkiyənin Ağrı vilayətində Gurbulaq Gömrük məntəqəsinə məxsus yük maşınına raket hücumu olub.

SPACE TV xəbər verir ki, hadisə Gurbulaq-İran sərhəd keçid məntəqəsindən 3 kilometr aralıqda, məntəqəyə məxsus parkın yaxınlığında dayanan yük maşınında baş verib.

Hazırda hadisə nəticəsində çoxlu sayda yaralı var. Ərazidə xilasetmə, axtarış işləri aparılır.Təhlükəsizlik səbəbindən ərazidə yol bağlanılıb.

Hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

“Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir”, – S.Soylu bildirib.

Paylaş

 Xəbəriniz olsun