SON DƏQİQƏ! Tovuzda dağlıq ərazi yanır

  • Space TV
  • 24 Dekabr 2019 14:07

Tovuzda dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SPACE TV-ə verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Tovuz rayonunun Şıxheybət kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 8 ha sahədə xəzəl yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun