SON DƏQİQƏ: Moskvaya gedən qatar karantinə alındı

  • SpaceTV
  • 22 Fevral 2020 17:46

Kiyev-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarı koronavirus təhlükəsi ilə karantinə alınıb.

SPACE TV xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Təhlükəsizliyi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qatar Rusiya ərazisinə daxil olduqdan sonra sərnişinlər tibbi müayinədən keçirilən zaman bir çinli sərnişinin yüksək hərarətinin olduğu məlum olub. Bu səbəbdən qatar sərnişinlərlə birlikdə karantinə alınıb.

Qatarda Özbəkistan, Kanada, Rusiya və Ukraynada ümumilikdə 21 sərnişin olub.

Qeyd edək ki, 20 fevralda Çinin Uhan şəhərindən təxliyyə edilən 80 ukraynalı xəstəxanalara yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun