SON DƏQİQƏ! “Coca-Cola” şirkətinin yük avtomobili aşıb, xəsarət alanlar var

  • Space TV
  • 30 Dekabr 2019 10:30

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Coca-Cola” şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını aşıb. Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun